Yuxarı

Azərbaycan heyəti İsveç alimləri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə İsveç-Azərbaycan əlaqələrinin tarixindən söz açan Mərkəzin rəhbəri Aleksandr Husebye məşhur “Nobel qardaşlarının neft istehsalı şirkətinin” ölkəmizdə fəaliyyətindən danışaraq, bununla bağlı kitabın hazırlandığını və 2020-ci ildə işıq üzü görəcəyini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurum və onun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

“Nobel qardaşlarının neft istehsalı şirkətinin” Azərbaycandakı fəaliyyətinə toxunan Dövlət Komitəsinin sədri bu barədə kitabların yazıldığını və hətta filmin də çəkildiyini vurğulayıb.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq layihələri müzakirə olunaraq, birgə fəaliyyətin həyata keçirilməsi istiqamətində danışıqların aparılması qərarı verilib.

Tarix
2018.11.08 / 17:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla