Yuxarı

Azərbaycanda daha bir beynəlxalq tədbir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda daha bir beynəlxalq tədbir

Oktyabrın 22-23-də "Hilton Baku" otelində "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda beynəlxalq seminar keçiriləcək.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq tədbirdə 15 dövlətin sığorta-pensiya qurumlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edəcəklər.

DSMF-nin ictimaiyyətlə əlaqələr dektorundan AzərTAc-a verilən məlumata görə, bununla yanaşı, seminara Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilatların nümayəndələri də qatılacaqlar.
Beynəlxalq seminarın əsas məqsədi sosial müdafiə sahəsində elektron xidmətlərin keyfiyyət və miqyasın genişləndirilməsi ilə bağlı yaranan problemlərin və elektron hökumətin müxtəlif inkişaf ssenarilərinin müzakirə olunması, sığorta-pensiya qurumlarının elektron xidmətlər sahəsində ən son təcrübə və texniki imkanlarının təqdim edilməsi, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və elektron hökumət sahəsində ölkəmizdə əldə olunan nailiyyətlərlə tanışlıqdır.

Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilib. Bunun nəticəsi olaraq 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü seçilib. DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq Beynəlxalq Sosial Təminat Assosiasiyasının "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda beynəlxalq tədbirinin Bakı şəhərində keçirilməsi qərara alınıb.

Tarix
2014.10.17 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla