Yuxarı

Bakıda bu məktəbdə dərslər 1 günlük dayandırıldı – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:08

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 3600 m² olan (hər mərtəbəsi 1200 m²-dir, 2 və 3-cü mərtəbələrdə məcburi köçkünlər məskunlaşıbr, 1-ci mərtəbədə 45 saylı orta məktəb fəaliyyət göstərir) üçmərtəbəli binanın 3-cü mərtəbəsində otaqlar, taxtadan ibarət arakəsmələri 132 m² sahədə, dəhliz 168 m² sahədə və binanın dam örtüyü 20 m² (ümumi 320 m²) sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Axar.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Hadisə zamanı 10 nəfər bina sakini xilas olunub, 100 nəfər şagird və 50 nəfər bina sakini təxliyyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Füzuli Rayon Təhsil Şöbəsi 45 nömrəli tam orta məktəbin yerləşdiyi binada baş verən yanğınla bağlı məlumat yayıb.

“Bu gün Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsi 3 ünvanında yerləşən Neft-Qaz Çıxarma İdarəsinin binasında yanğın olub.

Binanın 1-ci mərtəbəsində Füzuli rayonu 45 nömrəli tam orta məktəbi yerləşir, 2-ci və 3-cü mərtəbələrində isə məcburi köçkünlər məskunlaşıb. Füzuli Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, yangın səhərə yaxın baş verdiyindən məktəbin inzibati və pedaqoji heyəti, habelə şagirdlər məktəb binasında olmayıblar. Hazırda məktəbdə tədrisə bir günlük fasilə verilib, yanğın söndürülüb və təmizlik işləri aparılır. Hadisə zamanı məktəbin sinif otaqlarına ziyan dəyməyib və xəsarət alan olmayıb" – məlumatda qeyd olunub.

Tarix
2018.11.13 / 16:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla