Yuxarı

Gömrükçülər külli miqdarda zərgərlik məmulatı aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl çantası rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Eyni zamanda, vətəndaşın özü portativ metalaxtaran detektor vasitəsilə yoxlanılarkən cihaz reaksiya verib. Bu səbəbdən vətəndaşın həm əl yükünə, həm də üzərinə təkrar baxış keçirilib.

Təkrar yoxlama zamanı, əl çantasında əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, sifahi, elektron və ya yazılı formada bəyan edilməmiş 8 ədəd qızıl külçə və 5 ədəd qızıl üzük aşkar edilib. Vətəndaşın üzərində şəxsi yoxlama başlamazdan əvvəl isə ona gömrüyə bəyan olunası əşyaları təqdim etmək təklif olunub. Bu zaman xanım vətəndaş qolundakı 6 ədəd, sinəsindəki 3 ədəd, şalvarının ciblərindəki 5 ədəd qızıl qolbaqları çıxararaq gömrük əməkdaşına təqdim edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən 8 ədəd külçənin ümumi çəkisi 80,05 qram, zərgərlik məmulatının ümumi çəkisi isə 120,95 qramdır.

Tarix
2018.11.15 / 15:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla