Yuxarı

Prezident bunu dövlət siyasəti səviyyəsinə qaldırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxsləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birinin məhz tolerantlıqla bağlı olduğunu bildirib:

“Xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamı olaraq Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə Azərbaycanın multikulturalizminin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirir”.

Azərbaycanda təkcə səmavi dinlərin yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradıldığını bildirən Dövlət Komitəsi sədrinin birinci müavini tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğunu deyib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxış ediblər.

Konfrans Azərbaycanda formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və onun daha da möhkəmləndirilməsi, eyni zamanda bu sahədə əldə edilən nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği barədə fikir mübadiləsi ilə yekunlaşıb.

Tarix
2018.11.15 / 16:06
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla