Yuxarı

Oqtay Əsədov Türkiyəyə gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin (MM) Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TÜRKPA-nın 8-ci plenar iclasında və qurumun 10 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün noyabrın 19-dan 21-dək Türkiyənin İzmir şəhərində səfərdə olacaq.

MM-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, Nizami Cəfərov, İlham Əliyev, Sədaqət Vəliyeva, Hikmət Məmmədov, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrliyin Qırğızıstandan Türkiyəyə təhvil verilməsi mərasimi keçiriləcək. İclasda TÜRKPA Katibliyinin illik fəaliyyəti, 2019-2020-ci illər üzrə strateji planın təsdiqi, qurumun hüquqi bazasının təkmilləşdirilməsi, təşkilatı məsələlər və s. müzakirə olunacaq. Sessiyanın sonunda İzmir Bəyannaməsi imzalanacaq.

Qurumun 10 illik yubileyi ilə əlaqədar “TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: əməkdaşlığa dair yeni yanaşmalar” mövzusunda keçiriləcək konfransda Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edəcək. Burada təşkilatın 10 illik yubileyi münasibəti ilə TÜRKPA Medalı ilə mükafatlandırma mərasimi də keçiriləcək.

Səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

Tarix
2018.11.17 / 14:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü başladı

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

Sülhməramlıların son partiyası Qarabağı tərk edir - Video

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...

Xəritələri Paşinyan yox, Əliyev diktə edir - Hüseynov

Ərdoğan bu gün Əsədovu qəbul edəcək

Bunu Əliyevə dedim, çox maraqla yanaşdı – Fitso

Sərhəd hansı xəritələrlə çəkilir? - Paşinyana cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla