Yuxarı

Komitə sədri italiyalı diplomatla görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə "Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gəlmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırkı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Konfransının sabiq sədri, İtaliya xarici işlər nazirinin keçmiş müavini Mario Rafaelli ilə görüşüb.

Axar.az xəbər verir ki, dövlət komitəsinin sədri qonağa hələ də öz həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin üzləşdiyi humanitar fəlakətin fəsadları barədə məlumat verib. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız respublikanın müxtəlif bölgələrində məskunlaşıb, ağır məhrumiyyətlərə düçar olublar. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnaməsinin icra edilməməsi onların öz evlərinə, yurd yerlərinə qayıtmasını əngəlləyir.

Bununla yanaşı, Minsk Konfransına sədrlik etdiyi dövrdə cənab Mario Rafaelli tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gördüyü işlər razılıq hissi ilə xatırlanıb. Onun atəşin dayandırılması təklifini irəli sürdüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan "Təcili tədbirlər haqqında vaxt cədvəli”ni hazırladığı qeyd edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində İtaliyanın göstərdiyi səylər müsbət qiymətləndirilib.

Azərbaycanda məcburi köçkün probleminin həlli ilə bağlı həyata keçirlən tədbirlər haqqında qonağa məlumat verən komitə sədri bu sahədə Prezidenti İlham Əliyevin məqsədyönlü siyasət apardığını, müharibədən zərər çəkən insanlara zəruri dövlət qayğısı göstərildiyini bildirib. Qeyd olunub ki, onların sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərə yeni mənzillərin verilməsi üçün Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı layihələr icra olunur. Əsasən zirzəmilərdən və qəzalı vəziyyətdə olan tikililərdə müvəqqəti məskunlaşmış yüzlərlə ailə bu il yeni mənzillərə köçürülüb və məcburi köçkünlər üçün yaşayış komplekslərinin inşası davam etdirilir.

Didərginlik həyatı yaşayan həmvətənlərimizin öz doğma yurdlarına qayıtmaq istəyinin və əzminin Cəbrayıl rayonunun iki il əvvəl işğaldan azad edilmiş və Azərbaycan dövləti tərəfindən bərpa olunmuş Cocuq Mərcanlı kəndinin timsalında özünü aydın şəkildə göstərdiyi diqqətə çatdırılıb. Kəndə qayıtmış yerli sakinlərin hazırda burada rahatlıqla yaşadığı, onların məşğulluğu üçün layihələr ica edildiyi vurğulanıb.

Mario Raffaelli səmimi görüşə və məcburi köçkünlərin vəziyyəti ilə bağlı verilən ətraflı məlumata görə təşəkkürünü bildirib, münaqişənin nizamlanması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.

Görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov görüşdə iştirak edib.

Sonra italiyalı diplomat Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində olub, burada müvəqqəti məskunlaşmış sakinlərlə görüşüb.

Tarix
2018.11.19 / 15:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla