Yuxarı

Kanalizasiyadan nələr çıxır? - “Azərsu” açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanalizasiya kollektorlarından kəsilmiş mal başlarının çıxması ilkdir. Ancaq indiyə kimi kollektorlardan heyvan ölüsü, avtomobil təkəri, tikinti daşı, hamama qoyulan böyük vanna, vedrə, müxtəlif məişət əşyaları, hətta soyuducu da çıxarılıb.

Bu sözləri Axar.az-a Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı kanalizasiya kollektorlarından bu günə qədər çıxarılan tullantılar barədə danışarkən deyib. A.Cəbrayıllının sözlərinə görə, belə tullantıları kanalizasiya borularına vətəndaşlar atır:

“Bu gün Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektorundan çıxarılan kəsilmiş mal başları ola bilər ki, heyvan kəsimi ilə məşğul olanlar tərəfindən atılıb. Heyvanın istifadə edilməyən hissələrini daşımağa pul xərcləməmək üçün kanalizasiya borularına atıblar. Oğurluq heyvan da ola bilər ki, oğurluğu gizlətmək üçün heyvanın başı kanalizasiya kollektoruna atılıb.

Bizim minlərlə belə kanalizasiya borumuz var. Onların hamısına kimlərin nələr atdığına nəzarət etmək mümkün deyil. Bu insanların öz vicdanına qalıb. Vətəndaş özü başa düşməlidir ki, əlinə keçən hər tullantını kanalizasiyaya atmaq olmaz. Bu hələ nədir ki? Kollektordan elə dəhşətli tullantılar çıxarılıb... Bu tullantılar kanalizasiya kollektoruna hansısa yağış suyu ilə gəlib düşmür. Bunları vətəndaşlar özləri atır”.

Xatırladaq ki, Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektordan kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 metrdən çox olan 2 taxta parçası çıxarılıb.

Tarix
2018.11.20 / 17:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla