Yuxarı

SOCAR bu ölkədə neft və qaz sərgisində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR Aşqabadda işə başlayan “Türkmənistan-2018: neft və qaz” sənaye forumu və sərgisində iştirak edir.

Axar.az xəbər verir ki, sərgidə 30 ölkəni 50-dək neft-qaz şirkəti təmsil edir. Sərgidə “Petronas”, “Total”, “Dragon Oil”, “Eni”, “CNPC”, “Liebherr”, “Tatneft" kimi şirkətlər də öz stendlərini nümayiş etdirir. Sərgidə əsas diqqət yenilənən enerji mənbələri sahəsində eko-innovasiyalara və perspektivli inkişaflara, müəssisələrdə ekoloji təhlükəsizliyin yaxşılaşdırılmasına yönəldilib.

Forumda (OGT-2018) isə 40-dan çox ölkənin ən böyük neft-qaz şirkətlərinin 500-ə yaxın nümayəndəsi iştirak edir. Tədbirdə neft-qaz sənayesində, eləcə də metallurgiya, kimya, mühəndislik sahəsində, energetika sənayesində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələri öz məhsullarını nümayiş etdirməklə yanaşı, əməkdaşlıq əlaqələrini genişləndirmək və işgüzar əlaqələrin səmərəliliyinin artırılmasını müzakirə edirlər. Forum çərçivəsində keçirilən plenar iclaslarda neft və qazın qlobal enerji bazarında tendensiyaları, istehsalı, emalı sahəsində beynəlxalq əməkdaşlıq və ixrac perspektivləri müzakirə olunur. Forum və sərgi noyabrın 23-dən davam edəcək.

Tarix
2018.11.21 / 19:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla