Yuxarı

Müğənninin “priton”una açılan cinayət işi bağlanır? - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənninin “priton”una açılan cinayət işi bağlanır? - Özəl

Müğənni Elçin Hüseynovun "Nyu layf" çay evində priton aşkarlanması istiqamətində araşdırmalar yekunlaşmaq üzrədir. Müğənniyə aid çayxananın əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi ilə bağlı açılan cinayət işinə xitam veriləcəyi gözlənilir.

Mötəbər qaynaqdan Axar.az-a verilən məlumatda iddia olunur ki, çay evi ilə bağlı istintaq davam edir və gedişat E.Hüseynovu təmizə çıxara bilər. Hazırda araşdırmaların nəticəsi kimi çay evinin priton olmadığı haqda faktlar istintaqa təqdim olunub, ifadələr alınır, şahidlər dindirilir. İstintaqın yaxın vaxtlarda yekunlaşması ehtimal olunur.

E.Hüseynov ilk gündən ona aid kafenin əxlaqsızlıq yuvası olmasını təkzib edib. Axar.az olaraq da sənətçinin obyektindən reportaj təqdim etmişdik. Amma DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayev qeyd etmişdi ki, camaat haqlı olaraq "Newlife" kafesi haqqında İcra Hakimiyyətinə şikayət edib:

"Şikayətçilər həmin kafedə əxlaqsız adamların toplandığını bildiriblər. Onların dediyi fakt da öz təsdiqini tapıb. İdarənin əməkdaşları əməliyyat keçirib. Bununla əlaqədar də Cinayət işi başlanıb. Hazırda istintaq gedir".

Tarix
2014.10.25 / 09:30
Müəllif
Aslan Baba
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla