Yuxarı

"Nar"dan "Samsunq" qazanan abunəçi məlum oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nar"dan "Samsunq" qazanan abunəçi məlum oldu - Foto

“Nar” dörd gün davam edən “BakuTel-2018” 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində uğurla iştirak etdi və ən son yeniliklərini nümayiş etdirdi.

Axar.az xəbər verir ki, sərgi müddətində mobil operatorun stendi ziyarətçilərin diqqətini cəlb etdi və 4 gün ərzində “Nar” stendini 8 mindən çox insan etdi. Mobil operatorun təqdim etdiyi “Nar TV” və “Nar Vay-fay” ruteri qonaqların böyük marağına səbəb oldu. Sərgi iştirakçıları mobil operatorun ən son məhsulları ilə bilavasitə tanış olmaqla yanaşı, sınaqdan keçirmək fürsəti də qazandılar. Burada həmçinin maraqlı təqdimatlar keçirildi, müsabiqələr, müxtəlif yarışmalar və oyunlar təşkil edildi. Maraqlı təqdimatlar və ziyarətçi axını sayəsində “Nar” stendi sərginin “Ən yaxşı korporativ stil” stendi seçilib.

4-7 dekabr 2018-ci il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçirilən sərgi günlərində “Nar” stendində təşkil edilmiş müsabiqələr maraqla qarşılandı. 4 gün ərzində davam edən əsas müsabiqənin qalibi elan olundu. Qalib Sevda İbrahimovaya müasir “Samsunq Qalaksi Not 9” telefonu hədiyyə edildi.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2018.12.07 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ciddi hadisə: Naxçıvanın muxtar statusu ləğv edilir

ABŞ İranı mütləq vuracaq: elə şərtlər irəli sürüb ki...

Vens Azərbaycana bu mərasimdən sonra gələcək - KİV

Si Putinə qəzəblidir: Bu oyun Çinə ağır zərbə vurdu

Mühüm tədbir: Prezidentin səhifəsində video paylaşıldı

Kuleba Bakının bu dəstəyini yüksək qiymətləndirdi - Səfir

ADU və Sunqşil Universiteti Anlaşma Memorandumu imzaladı

Tehran İstanbuldan imtina etdi, Omanı seçdi - Görüş məhv oldu

Müəllimlər hansı hallarda işdən çıxarıla bilər?

Əliyev və Paşinyan bu nüfuzlu mükafata layiqdir - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla