Yuxarı

Nazirlik 165 uşağı himayəsinə aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik 165 uşağı himayəsinə aldı

On ay ərzində nazirlik nəzdindəki internat evlərinə 165 nəfər uşaq verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, hazırda nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində 1024 nəfər şəxs tam dövlət himayəsində yaşamaqla, daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

Dövlət himayəsinə götürülmüş şəxslərdən 716 nəfəri 18 yaşından yuxarı şəxslər olmaqla nazirliyin Bilgəh Müharibə və əmək əlilləri pansionatında, Şamaxı 1 saylı, Göygöl 8 saylı, Buzovna 9 saylı ruhi-əsəb internat evlərində və Gəncə Pensiyacılara Ərazi Sosial Xidmət Mərkəzində yerləşdiriliblər. Qalan 308 nəfər isə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır ki, onlar müvafiq olaraq ƏƏSMN-nin xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində yaşayırlar.

Son illər Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, bu müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılıb. Bununla yanaşı, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində uşaqların doğma ailə mühitinə qaytarılması istiqamətində də işlər aparılır. Belə ki, bu ilin on ayı ərzində hər iki internat evindən ümumilikdə 28 nəfər uşaq ailələrinə verilib.

Tarix
2014.10.29 / 01:34
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Zəngəzur dəhlizinin Ermənistana düşən 42 km-lik hissəsi...

Ərdoğan Azərbaycanı təbrik etdi - Foto

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var...

Kozinoğlu Bakıya niyə gəlmişdi? - Bir fotonun tarixçəsi

Bayramov və Mirzoyan Nyu Yorkda görüşəcək

İlham Əliyev Hakan Fidanı qəbul etdi - Foto

Bayramovla Fidan Bakıda görüşdü - Foto

Prezident onları qəbul etdi - Foto

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla