Yuxarı

“Sabah” rekordla başladı: 4 oyuna 11 cavabsız qol

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sabah” rekordla başladı: 4 oyuna 11 cavabsız qol

“Sabah” Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün startında ardıcıl 4-cü quru hesablı qələbəsini qazanıb.

Axar.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, bu, ölkə çempionatları tarixində yüksək dəstədə 4-cü belə seriyadır. “Xəzri” 1995/96, “Xəzər Lənkəran” 2017/2018, “Qarabağ” 2019/2020-ci illər mövsümündə ilk 4 matçında qol buraxmadan qələbələri sıralayıb. 21 il əvvəl top fərqi 6-0, sonrakı iki seriyada 10-0 olubsa, “Sabah” dörd qələbəni daha çox – 11 cavabsız qolla qazanıb.

V turda “Şəfa”nı 3:0 hesabı ilə məğlub edən “Sabah” Premyer Liqada 10-cu dəfə böyükhesablı səfər qələbəsi əldə edib. Paytaxt təmsilçisi rəqib meydanda ən azı 10 belə qalibiyyəti olan 11-ci komanda olub. İlk belə qələbə 2021-ci il dekabrın 16-da “Səbail”lə matça təsadüf edib – 3:0.

Bu qarşılaşmada fərqlənən Velko Simiç “Sabah”ın heyətində 20-ci qoluna imza atıb. O, bu yubileyə 46-cı matçında çatıb. Serbiyalı yarımmüdafiəçi Premyer Liqada 13 (31 oyun), kubokda 1 (6 oyunda), UEFA Çempionlar Liqasında 6 (9 oyunda) dəfə fərqlənib.

Tarix
2026.09.15 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla