Yuxarı

Əziz Səncər İlham Əliyevə təşəkkür etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əziz Səncər İlham Əliyevə təşəkkür etdi

Kimya üzrə Nobel mükafatı laureatı, dünyaşöhrətli türk alimi, həkim, akademik Əziz Səncər Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Bu barədə Axar.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məktubda Əziz Səncər "Şöhrət" ordeni ilə təltif olunmasını həyatının ən böyük qürurverici və sevindirici hadisələrindən biri kimi qiymətləndirib. O, göstərilən yüksək etimada görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.

Əziz Səncər vurğulayıb ki, Azərbaycana olan sevgisi daim səmimi hisslərə əsaslanıb və heç vaxt hər hansı qarşılıq gözləntisi olmayıb. Azərbaycanın onun qəlbində hər zaman Türkiyə qədər doğma Vətən kimi xüsusi yer tutduğunu bildirib. Alim "Şöhrət" ordenini yalnız elmi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi deyil, eyni zamanda "Bir millət, iki dövlət" məfkurəsinə söykənən qardaşlığın rəmzi kimi böyük qürurla daşıyacağını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Əziz Səncər "Şöhrət" ordeni ilə təltif olunub.

Qeyd edək ki, dünya elminə mühüm töhfələr verən Əziz Səncər Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığına, iki ölkə diasporları arasında həmrəyliyin möhkəmlənməsinə xidmət edən dəyərli alimdir.

Tarix
2026.09.15 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Kozinoğlu Bakıya niyə gəlmişdi? - Bir fotonun tarixçəsi

Bayramov və Mirzoyan Nyu Yorkda görüşəcək

İlham Əliyev Hakan Fidanı qəbul etdi - Foto

Bayramovla Fidan Bakıda görüşdü - Foto

Prezident onları qəbul etdi - Foto

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla