Yuxarı

Kozinoğlunun ölümü: Şaşmaz iddialara aydınlıq gətirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kozinoğlunun ölümü: Şaşmaz iddialara aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi, ötən gün “Qurdlar Vadisi" serialının ssenaristləri keçmiş MİT (Milli İstehbarat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində ifadə veriblər.

Axar.az xəbər verir ki, ssenaristlərindən olan Raci Şaşmaz FETÖ ilə əlaqəsinə görə həbs edilən İstanbul Kəşfiyyat Şöbəsinin keçmiş rəisi Əli Fuad Yılmazərin ssenariyə müdaxilə etdiyi barədə iddialara aydınlıq gətirib.

O bildirib ki, hər hansı qanuni və ya qeyri-qanuni güc strukturu, cinayətkar qruplarla heç bir əlaqələri olmayıb:

“Qurtlar Vadisi” açıq mənbələrdən istifadə edərək əldə edilən materialları dramatik təhkiyə gücü ilə tamaşaçı üçün əlçatan formaya salıb və ictimaiyyətə təqdim edib. “Kaşifoğlu” obrazı da kəşfiyyat dairələrindəki daxili münaqişələri təsvir etmək məqsədilə yaradılmışdı. Hekayə xətti başa çatdıqdan sonra obraz serialda öldürüldü və bununla da diqqət digər obrazlara və süjet xətlərinə yönəldildi. Serialda bir obrazın ölümü sadəcə həmin konkret hekayə xəttinin sona çatması deməkdir, bunun real həyatla heç bir əlaqəsi yoxdur. Məsələn, “İsgəndər Böyük” obrazı da serialda öldü, lakin həmin obraz üçün ilham mənbəyi olduğu deyilən real şəxslər hələ də sağdır.

Kaşif Kozinoğlunun ölümü ilə bağlı araşdırma aparılması prokurorluğun səlahiyyətində olan məsələdir. Ümid edirik ki, cinayətin üstü tez bir zamanda açılar və həqiqətlər ortaya çıxar.

Obrazlar da təxəyyül məhsulu olan uydurma personajlardır. Heç kimin ölümünü əvvəlcədən görmək imkanımız yoxdur.

Bundan başqa, sosial şəbəkələrdə FETÖ ilə əlaqəli Əli Fuad Yılmazerin ssenariyə müdaxilə etdiyinə dair şayiələr yayılıb. Bu məlumatlar tamamilə əsassızdır və sadəcə böhtandır. Mən Əli Fuad Yılmazəri tanımıram və onunla heç vaxt heç bir əlaqəm olmayıb”.

Tarix
2026.09.15 / 12:21
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Bayramovla Fidan Bakıda görüşdü - Foto

Prezident onları qəbul etdi - Foto

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla