Yuxarı

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Qurdlar Vadisi" filminin ssenaristləri keçmiş MİT (Milli Kəşfiyyat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində ifadə veriblər.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan istintaq çərçivəsində "məlumatlı şəxs" qismində dindiriliblər. Dindirilmə 2,5 saatdan çox çəkib.

Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqdan sonra "Qurdlar Vadisi Pusu" serialı ilə bağlı detallar məlum olub. Belə ki, serialın 123-cü bölümündə "Kazım Kaşifoğlu" adı ilə təqdim edilən MİT zabiti obrazının əslində Kaşif Kozinoğlunun prototipi olduğu iddia edilib.

Qeyd edək ki, MİT-in Xarici Əməliyyatlar İdarəsinin keçmiş rəhbəri Kaşif Kozinoğlunun 12 noyabr 2011-ci ildə Silivri Həbsxanasında şübhəli ölümü ilə bağlı 2026-cı ilin sentyabr ayında istintaq başladılıb.

Tarix
2026.09.14 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla