Yuxarı

Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən bu gün 39 uşaq birinci sinfə gedir.

Axar.az xəbər verir ki, onlar geyindikləri məktəbli formasının, ilk müəllimlərinin və yeni dostları ilə tanışlığın həyəcanını yaşayırlar.

Bu gün balacalar üçün təkcə dərs ilinin ilk günü deyil, yeni arzuların və ümidlərin başlanğıcıdır.

Uşaqların təhsilə cəlb olunması, onların sosial həyata inteqrasiyası və hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılması sosial xidmətlərin əsas istiqamətlərindəndir. Sosial Xidmətlər Agentliyi müəssisələrdə yaşayan uşaqların təhsil hüquqlarının təmin olunması, onların məktəbə hazırlığı və təhsil prosesinə uyğunlaşması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.

Hazırda Agentliyin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır.

Bütün şagirdlərə yeni tədris ilində uğurlar arzulayırıq!

Tarix
2026.09.15 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla