Yuxarı

Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi - Foto

Sentyabrın 15-də Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarındakı ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, bu il Xankəndi şəhəri, Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin 1-ci sinfinə 110 şagird qəbul olunub və hazırda məktəbdə 1052 şagird təhsil alır.

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbdə də keçirilən Bilik Günü tədbiri, doğma yurda qayıdan keçmiş məcburi köçkün ailələrin övladları üçün xüsusi əhəmiyyət daşıyıb. Məktəb rəhbərliyi çıxışında Kərkicahanda məktəb zənginin yenidən səslənməsinin illər sonra qəsəbədə həyatın yenidən canlanmasının göstəricilərindən biri olduğunu deyib.

Qeyd edilib ki, ötən il istifadəyə verilən orta məktəbdə 323 şagird təhsil alır, bu il birinci sinfə 14 şagird qəbul edilib. Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbir də ilk dərs gününün sevinc və həyəcanı ilə yadda qalıb. Məktəb rəhbərliyi şagirdlərə müraciət edərək, onların azad Xocalının gələcəyini formalaşdıracaq nəsil olduğunu bildirib.

Ümumilikdə təhsil ocağında 248 şagird təhsil alır, onlardan 11-i bu il birinci sinfə qədəm qoyub. Xocalı rayonunun Balllca kənd tam orta məktəbində keçirilən Bilik Günündə də məlumat verilib ki, burda ümumilikdə 192 şagird təhsil alır və bu il 11 uşaq birinci sinfə qəbul olunub. Yeni dərs ilinin başlandığı gün Ağdərə rayonunun Suqovuşan kənd tam orta məktəbində də böyük coşqu ilə keçirilib.

Qeyd olunub ki, bu məktəbdə 87 şagird təhsil alır, bu il birinci sinfə 14 şagird qəbul olunub. Ağdərə rayonunun Vəngli kəndində də yeni dərs ilinə həsr olunmuş tədbirdə bildirilib ki, Vəngli kənd tam orta məktəbində hazırda 93 şagird təhsil alır və bu il 4 şagird birinci sinfə qəbul olunub. Həsənriz kəndində fəaliyyət göstərən tam orta məktəbdə isə ümumilikdə 159 şagird təhsil alır, bu il 15 şagird birinci sinfə qədəm qoyub.

Tarix
2026.09.15 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla