Yuxarı

Sabahın hava proqnozu açıqlandı - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabahın hava proqnozu açıqlandı - Xəbərdarlıq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, dekabrın 19-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti təşkil edəcək.

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 20-si axşam, dekabrın 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 20-21-də Abşeron yarımadasında buludlu və rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Tarix
2018.12.18 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan vətəndaşlarına Naxçıvanla bağlı çağırış

Bu ölkənin İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək

İranın Azərbaycandakı hücrələri: Xəbərdarlıq mesajları...

TDT baş katibindən Naxçıvana hücuma reaksiya

Avstriyalı nazir də Bayramova zəng etdi

Daha bir ölkədən Naxçıvana hücumla bağlı bəyanat

Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

Azərbaycan ordunu hazırlıq vəziyətinə gətirdi - İrana mesaj

Naxçıvana hücum: Mirzoyan Bayramova zəng etdi

Bu ölkələrin Baş Qərargah rəisləri Vəliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla