Yuxarı

423 şəhid varisinə 11 min manat verilir - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
423 şəhid varisinə 11 min manat verilir - Nazirlik

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı sahəsində işlər davam etdirilir. Fərmanın icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında vurğulanıb ki, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin edilməsi dövlət başçısının mühüm sosial əhəmiyyət kəsb edən humanist bir addımı olmaqla, ölkəmizdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına göstərilən qayğının növbəti təzahürüdür.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, iclasda şəhid hərbi qulluqçulardan daha 263-ü üzrə 423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edilib.

Beləliklə də, bu günədək artıq 2 897 şəhid hərbi qulluqçu üzrə 3 856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Həmin qərarlar əsasında müvafiq vəsaitlərin ödənişi davam etdirilir.

Tarix
2018.12.18 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

ATƏT-in sədri Azərbaycana gəldi - Foto

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla