Yuxarı

Əli Həsənova qarşı yeni “dalğa”: məqsəd “izn” almaqdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dekabrın 17-də verdiyi açıqlamadan sonra xaricdəki məlum şəbəkənin fəalları Feysbukda ona qarşı “səlib yürüşü” təşkil ediblər.

Xatırladaq ki, bir müddət əvvəl hazırda Gürcüstanda yaşayan jurnalist Azər Kazımzadə "hüquqşünas" Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir edilməsinin arxasında Əli Həsənovun durduğunu iddia etmişdi. Məsələyə münasibət bildirən Prezidentin köməçkisi isə bunun yalan olduğunu deməklə yanaşı, hazırda xaricdə yaşayan bir sıra şəxslərin xarici antiazərbaycan qüvvələrin təsiri altında olduğunu və Azərbaycana qarşı düşmənçilik etdiklərini demişdi.

Əli Həsənovun bu açıqlamasından sonra onun ittiham etdiyi şəxslər və digər xaricdə məskunlaşmış şəbəkə üzvləri, xüsusilə Azər Kazımzadə, Əli Oğuz və Rəfael Piriyev Feysbukda açıq kampaniyaya başlayıblar və ən sərt formada Prezidentin köməkçisini ittiham edirlər.

İlk baxışdan onların yazdıqları Əli Həsənovun fikirlərinə reaksiya kimi görünsə də, əldə etdiyimiz məlumat məsələnin arxasında daha ciddi məqamların durduğunu deməyə əsas yaradır.

Həqiqiliyi şübhə doğurmayan məlumata əsasən, bir müddət əvvəl hazırda Almaniyada məskunlaşmağa çalışan Əli Oğuz və Rəfael Piriyev yerli hakimiyyət orqanlarından imtina cavabı alıblar və onları digər ölkəyə, həmçinin geriyə - Azərbaycana deportasiya gözləyir. Hazırda Gürcüstanda yaşayan Azər Kazımzadə isə Avropaya köçmək üçün cidd-cəhdlər göstərsə də, buna nail ola bilmir. Yeganə çıxış yolu isə Azərbaycana qayıdacaqları təqdirdə onları ciddi problemlər gözləyəcəyi görüntüsü yaratmaq və Almaniyanın miqrasiya orqanlarını buna inandırmaqdır. Elə bu məqamda müxalifətin Göyçaydakı fəallarından birinin Əli Həsənovun Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir edilməsində guya hansısa rol aldığı barədə Azər Kazımzadəyə ötürdüyü məlumat onlar üçün "əlverişli" şans yaradıb.

Bu şəxslər Əli Həsənova qarşı müxtəlif ittihamlar irəli sürərək cavab reaksiyasına nail oldular və növbəti mərhələdə ona qarşı sərt çıxışlar edərək, özləri üçün ciddi təhlükə görüntüsü yaratmağa çalışırlar. Sonra isə belə iddialar ortaya atılacaq ki, guya Əli Həsənov onların Azərbaycandakı qohumlarına qarşı zorakılıq təşkil edib, qohumları incidilib və yaxud da guya öldürüləcəkləri ilə bağlı təhdid edilirlər. Bu məqsədlə Feysbukun imkanlarından istifadə olunacaq və feyk profillərdən öz ünvanlarına hədə-qorxular təşkil olunacaq. Sonra isə həmin materiallar toplanacaq və Almaniyanın miqrasiya orqanlarına təqdim ediləcək.

Elə buna görə də Əli Həsənovun açıqlamasına münasibət bildirən Rəfael Piriyev Feysbukda yazır ki, mənim adımı niyə salmamısan siyahıya, Əli Həsənov. Görünür, Əli Həsənovun onun adını çəkməməsi Piriyevin oturum almaq ümidlərini bir az qəlizləşdirib.

Qeyd edək ki, bu metod dəfələrlə sınaqdan çıxarılıb və hazırda Avropa ölkələrində Azərbaycan hakimiyyətinə qarşı “müxalifətçilik” edənlərin bir çoxu bu üsuldan yararlanıblar. Hazırda Azər Kazımzadə, Əli Oğuz və Rəfael Piriyev də cidd- cəhdlə bu vasitədən istifadə etməyə çalışırlar. Görünür, təkcə Almaniyanın deyil, ümumilikdə Avropa ölkələrinin lazımi orqanları hər hansı qərar verməmişdən əvvəl bu tipli məlumatları ciddi yoxlamalı və araşdırma aparmalıdırlar. Çünki xaricdəki azərbaycanlı miqrantların böyük əksəriyyəti belə yollardan istifadə edərək həm də Azərbaycanın imicinə ciddi zərbə vururlar.

Sfera.az

Tarix
2018.12.19 / 16:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla