Yuxarı

Baş nazirdən peşə təhsili ilə bağlı - Mühüm qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən peşə təhsili ilə bağlı - Mühüm qərar

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”ndə dəyişiklik edilib.

Axar.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, “Peşə təhsili haqqında” qanununun 9.8- ci maddəsinə əsasən peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilib:

ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 2 il;

tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 1 il;

ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda - 3 il;

ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 4 il;

tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda - 3 il;

Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.”.

Daha əvvəl peşə təhsili müəssisələrində hərbi hazırlıq fənni üzrə dərs saatları azaldılıb.

Tarix
2018.12.22 / 09:23
Müəllif
Axar.az
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla