Yuxarı

Prokurorluğun və qatil qardaşının - Açıqlaması/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Goranboy qatili" Rafiq Hüseynovun ailəsində baş verən dəhşətli faciə haqda sağ qalan qardaşı danışıb.

Axar.az xəbər verir ki, Faiq Hüseynov qardaşı Afiqin intiharını və atası Müzəffərin buna dözməyərək qəfil ölümünü baş verən kütləvi qətllə əlaqələndirib.

F.Hüseynov ATV-yə deyib ki, Afiq qatil qardaşının hərəkətinə tab gətirməyib:

"Bu hadisədən sonra ailə üzvlərimizin hərəsi bir qohum evində qalırdı. Atam, anam, bacım, qardaşım – hərə bir yerə getmişdi. O da bu cür vəziyyətə dözmədi, intihar etdi. İnsandır da, ürəyi götürməyib, dözməyib. Atamla onun ölümü arasında 5 dəqiqə fərq oldu".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə ANS-ə bildirib ki, hər iki şəxsin meyiti ekspertizaya götürülüb.

Qeyd edək ki, Rafiq Hüseynov qayınanası Diləzbər Məmmədovanın yaşadığı evə gələrək ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə etməklə 7 nəfəri qətlə yetirmişdi. Daha sonra Rafiq Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil vermişdi.

Tarix
2014.11.03 / 22:54
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla