Yuxarı

Kimi işdən azad edirsən, deyir ki… – Rektor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:59

Universitetimiz, şəxsən mənim haqqımda böhtan xarakterli məlumatlar yayan şəxslə bağlı məsələ məhkəmədədir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bu gün ADU-da imtahan sessiyasının izlənməsi məqsədilə təşkil olunan mediatura çərçivəsində jurnalistlərlə görüşündə deyib.

K.Abdulla ali təhsil müəssisəsinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin ADU-da 4 il oxuyan tələbələrin xarici dil bilmədikləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

"İlyarımdır ADU-da rektor vəzifəsində işləyirəm. Bu müddətdə də tələbələri savadsızlaşdıra bilmərəm. İstəsəm də, bunu edə bilmərəm. 4 ilin tələbələrinin xarici dil bilməmələrinə gəlincə, həmin tələbələrin savadsız olmasına dekan və müəllim məsuldur. Çünki onlar çoxdan işləyir və belə çıxır ki, ancaq özlərini ittiham edirlər", - Abdulla bildirib.

Rektor bütün iddiaların böhtan olduğunu deyib:

"Həmin şəxs niyə bu iddianı əvvəl səsləndirmirdi? Hansı ki, töhmət aldıqdan sonra bu çıxışları edir. Mən onları məhkəməyə vermək istəmirəm. Gözləyirəm ki, onlar bizi məhkəməyə versin və mən əks iddia ilə çıxış edim. Görüm ondan sonra nə deyəcəklər. Həmin dekana açıq dərslərin təşkilində buraxdığı ciddi nöqsanlara və ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar fakültəsində heç bir tədbir keçirilməsinə lüzum bilmədiyinə görə töhmət verilib. Tələbələri təhdid edən və mitinqə, iğtişaşa çağıran müəllim Pərvin Mürsəlova isə imtahanlardan kənarlaşdırılıb. Çünki həmin müəllim tələbəni təhdid edib və səs yazısı da var. Qanunu pozanları cəzalandıraraq, işdən azad etmişəm. Çox qəribədir ki, indi kimi haqlı olaraq işdən azad edirsən, deyir, cənab prezidentə məktub yazacam, intihar edəcəm".

K.Abdulla həmçinin ADU-ya rektor təyin olunandan sonra hansısa qohum-qardaşını gətirməsi məsələsinə də aydınlıq gətirib:

"Burada yalnız Azad Məmmədov adında qohumum çalışır, o da tanınmış dilçi alimdir və məndən əvvəl burada işləyib. Dostlarım və tanışlarımın olması normaldır. Bu kimi yanlış fikirlər cəmiyyəti, ziyalı insanları çaşdırmaqdan başqa məqsəd güdmür. Ulu öndər məni Bakı Slavyan Universitetinə göndərənə qədər 17 il bu universitetdə kafedra müdiri işləmişəm. Əlbəttə, burada dostlarım, tanıdığım insanlar olacaq. Rektor təyin olunanda buradakı gərginliyi görəndə inandığım insanlarla işləməli idim. Amma mən buraya gələndə öz komandamı gətirmədim, dedim gəlim görüm, vəziyyət necədir, kimlər çalışır. Cəmi il yarımdır rektoram, xüsusi səy göstərsəm də, tələbələri savadsızlaşdıra bilmərəm".

Eyni zamanda rektor universitetdə əvvəllər kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyən və işlərində ciddi nöqsanlar buraxan Elmira Baxşəliyevanın səsləndirdiyi fikirlərə də münasibət bildirib:

"Hazırda iş məhkəmədədir. Onun haqsız olaraq vəzifəsindən kənarlaşdırılması iddiaları əsassızdır. Çünki o, bir şöbədən başqasına keçirilib. Yəni işdən çıxarılmayıb. Buna səbəb də var. Çünki o, işində ciddi nöqsanlar buraxmışdı. Onun sahəsinə aid laborant il ərzində üç dəfə məzuniyyətə buraxılmışdı. Bu, necə ola bilər?! Bu, birbaşa saxtakarlıqdır. Komissiyanın qərarı ilə müəyyənləşdi ki, onun həm yaş məhdudiyyəti var, həm də ali savadı yoxdur. Onun yalnız hansısa masaj kursunu bitirməsi ilə bağlı sənədi var. O, yalnız laborantların sənədinə baxırmış və qol çəkilən sənəddə maaşın miqdarını da yazmayıb".

Tarix
2019.01.09 / 13:31
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla