Yuxarı

Rusiyadan Tiflisə getmək istəyənlərə tövsiyə: Bakı yolu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü qar yağdığına görə bağlanmış Hərbi Gürcüstan yolunda gözləyən sürücülərin Gürcüstana Azərbaycan ərazisindən keçərək getməsi tövsiyə olunub.

Axar.az xəbər verir ki, Rusiyanı Cənubi Qafqaz ölkələri ilə birləşdirən Hərbi Gürcüstan yolunun güclü qar yağması səbəbindən bağlanması nəticəsində bu yolda gözləyən maşınların sayı gün ərzində artaraq 120-dən 200-ə çatıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin məlumatına görə, hazırda Rusiya sərhədində 198 vahid texnika, o cümlədən 24 minik maşını toplanıb. “Verxni Lars” buraxılış məntəqəsi rayonunda yolun açılacağını gözləyənlər üçün Baş İdarə tərəfindən isinmə məntəqəsi açılıb. Burada isti çay içmək, mobil qurğuları doldurmaq olar.

İki gündür Gürcüstan ərazisində əlverişsiz hava şəraiti hökm sürür. Bununla əlaqədar olaraq Rusiya-Gürcüstan sərhədini keçmək istəyənlərə Gürcüstan ərazisinə getmək üçün alternativ marşrutlardan, məsələn, hava yollarından, Batumi şəhərinə qədər bərə keçidindən, “Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqəsindən (Azərbaycan ərazisindən tranzitlə) istifadə etmək tövsiyə olunub.

Tarix
2019.01.09 / 18:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla