Yuxarı

“Bakı-Tiflis-Qars”a ilk qatarın buraxılacağı vaxt açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakı-Tiflis-Qars”a ilk qatarın buraxılacağı vaxt açıqlandı

"Qədim İpək yolu salındığı andan etibarən təkcə yük daşınmalarına yox, həm də xalqları və mədəniyyətləri yaxınlaşdırmağa xidmət edib. Bu, indi də belə olmalıdır". Bu sözləri Xəzər Forumunda keçirilən paneldə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib.

Hazırda Azərbaycanın nəqliyyat sektoruna investisiya qoymaq üçün münbit şəraitin yaradıdığını bildirən nazir deyib ki, son 5 ildə ölkədə nəqliyyata cəlb olunan investisiyaların həcmi bütün iqtisadiyyata yönəldilmiş yatırımların 20%-nə bərabərdir.

"Ölkəmiz Qafqazdan keçən Avrasiya nəqliyyat bağlantılarının bir çoxunun təşəbbüsçüsü və fəal iştirakçısıdır",- deyən Ziya Məmmədov qeyd edib ki, 2014-cü ilin sonunda Bakı-Tiflis-Qars dəmir yolu xəttinə ilk qatar buraxılacaq.

Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda dəmir yolu parkının tam yeniləşdirilməsi həyata keçirilir. Bu da ölkənin dəmir yollarında hərəkətin ümumi sürətini artıracaq və yük daşınmalarını çoxaldacaq.

Eyni zamanda yeni Bakı Dəniz Limanının qurulduğunu deyən Ziya Məmmədov bildirib ki, bundan sonra liman 25 milyon ton quru yük və 1 milyon ədəd konteyner qəbul edə biləcək (Azvision.az).

Tarix
2013.12.05 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla