Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2019


Ölkəmizin bu ərazilərində bitki örtüyü 30 faiz azaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Qafqazın cənub-şərq yamacının 30%-ə yaxını (Qobustan, Şamaxı inzibati rayonlarının bir hissəsi) yüksək və çox yüksək sürüşmə təhlükəli ərazilərdir ki, onun da bir hissəsi Bakı-Şamaxı-Yevlax magistral yolunun ətrafına düşür.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, bu qənaətə 2017-2018-ci illərdə “Böyük Qafqazın cənub-şərq yamacının mənimsənilən dağ geosistemlərinin ekocoğrafi qiymətləndirilməsi” mövzusunda aparılan araşdırma nəticəsində gəlinib.

Sürüşmənin qarşısını almaq üçün Bakı-Şamaxı-Yevlax magistral yolu boyunca müxtəlif hissələrdə bəndlərin tikildiyini vurğulayan M.Həsənov əlavə edib ki, tədqiq olunan ərazinin relyefinin az meyilli olması həmin bölgənin mənimsənilməsinə təsir edir. Belə ki, regionun 3012,1 min kvadrat km-i, yəni 50,4%-i meyilliliyi 200-dən aşağı, 26% hissəsində isə meyillilik 200-300 və nəhayət 23,6% hissəsində isə meyillilik 300-dən yuxarıdır:

“Meyilliliklə yanaşı yamacların cənub və cənub-şərq istiqamətli olması da ərazinin mənimsənilməsinə müəyyən dərəcədə təsirini göstərir. Belə ki, burada yabanı, o cümlədən mədəni bitkilərin çiçəkaçma müddəti şimal yamacına nisbətən 7-8 gün tez olur. Bu proses ərazidəki əkin sahələrində bitkilərin az məhsuldarlığına səbəb olur".

Mütəxəssis qeyd edib ki, son onilliklərdə Böyük Qafqazın şimal-şərq yamacının dağ geosistemləri torpaqlarının əkinçilikdə intensiv mənimsənilməsi nəticəsində 1980-ci illə müqayisədə 2017-ci ildə əkin sahələri 31% artaraq 140 min hektar olub:

"Bu dövr ərzində əkin sahəsinin artması və həmçinin aqrotexniki qaydalara riayət edilməməsi torpaq örtüyünün keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Belə ki, bu illər ərzində yüksək keyfiyyətli torpaqlar 5,5%, yaxşı keyfiyyətli 5,1%, orta keyfiyyətli 10,7% azalıb, aşağı keyfiyyətli torpaqlar isə 0,8% artıb. Tədqiq olunan ərazinin bitki ilə örtülmə dərəcəsi öyrənilərkən müəyyən edilib ki, 1987-ci illə müqayisədə 2017-ci ildə bitki örtüyü ilə zəif örtülmüş ərazilər 19,3%, orta dərəcədə örtülmüş ərazilər 13,8% artıb, bitki örtüyü ilə sıx örtülmüş ərazilər isə 29,4% azalıb".

Tarix
2019.01.14 / 00:56
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakı-Sumqayıt qatarında sürət həddi endirildi

Xəbərdarlıqdan sonra bütün qurumlar... - Nazirlik

İtkin düşən kapitanın axtarışları dayandırıldı

Nazirlik güclü küləklə bağlı məlumat yaydı

Eminin "şok"luğu: Mehman razılaşmaya əməl etmədi?

Beynəlxalq birliyin Qarabağla bağlı dəstəyi artıb - Nazir

3 qurum ləğv edildi: 11 nazirlik və komitədə ixtisar - Fərman

"Azərenerji"dən elektrik verilişi ilə bağlı - Açıqlama

Bakıda güclü küləyin fəsadları: TIR-ı aşırdı... - Foto

Kəskin hava şəraiti Təbrizə də çatdı - Foto/Video

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla