Yuxarı

Avtomobilini qoyub qaçan polislə bağlı DİN-dən – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobilini qoyub qaçan polislə bağlı DİN-dən – Açıqlama

Dövlət Yol Polisinin əməkdaşının xidməti maşınının nömrəsini açarak Göy Məscidin yanında buraxıb getməsinə DİN rəsmi münasibət bildirib.

DİN mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə Axar.az-a açıqlamasında qeyd edib ki, faktla bağlı müvafiq araşdırma aparılır:

"Araşdırmanın nəticəsindən asılı olacaq məsələyə hüquqi qiymət veriləcək".

Xatırladaq ki, ötən gün sosial şəbəkədə, "Sancaq" səhifəsinin adminləri bu barədə məlumat yayıblar. Səhifə adminləri qeyd etmişdilər ki, Göy məscidin yaxınlığına DYP avtomobili yaxınlaşlıb. Xidməti maşını idarə edən polis avtomobilin arxa və ön nömrələrini çıxararaq oradan uzaqlaşıb.

Məlumatı paylaşan adminlər yol polisinin qəza törətdiyi ehtimal ediblər. Çünki avtomobilin ön şüşəsi çatlayıb, güzgü və sayrışan işığı (miqalkası) sınıb.

Mütəxəsislər isə avtomobilin kənar müdaxilə ilə əzildiyi (dəyənək və yaxud başqa alətlə, o cümlədən hündürlükdən üstünə hansısa əşyanın düşməsi ilə və s.) ehtimalını irəli sürüblər. Çünki fotoda qəza törətdiyi ehtimal edilən avtomobilin ön hissəsində heç bir əzik və ya qəza əlaməti nəzərə çarpmır.

Tarix
2014.11.06 / 16:04
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla