"Azəriqaz" İB-də əməkdaşları üçün Türk Standartları
İnstitutunun "Müştəri məmnuniyyəti" beynəlxalq standartı üzrə
təlim-seminar keçirilir.
Azərbaycan Dövlət Neft Şirkətindən Axar.az-a verilən məlumata
görə, "Müştəri məmnuniyyəti" standartının tətbiqi üzrə
təlim-seminara "Azəriqaz"ın 90 əməkdaşı cəlb olunacaq. Təlim
"Azəriqaz" İstehsalat Birliyində idarəetmə aparatının, region və
şəhər qaz istismar sahələrinin struktur bölmə rəhbərləri və baş
mütəxəssisləri üçün keçiriləcək.
Türk Standartları İnstitutunun əməkdaşı Dilek Gürsoy tərəfindən
aparılan altıgünlük təlimlərdə birliyin 59 struktur bölməsindən
mütəxəssislərin iştirakı nəzərdə tutulur.
"Müştəri məmnuniyyəti" beynəlxalq standartının tətbiq edilməsi
və müvafiq sertifikatın alınması "Azəriqaz" İstehsalat Birliyinin
regionda qabaqcıl müəssisə kimi fəaliyyətini davam etdirməsi
məqsədi daşıyır. Standartın tətbiqi istehlakçıların şikayətlərinin
dinlənilməsi və cavablandırılması, təhlil edilməsi və nəticə
etibarilə müştəri məmnuniyyətinin qazanılması üçün daha geniş
imkanlar yaradacaq.