Yuxarı

Qadın məhbuslar Bayraq gününü belə qeyd etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Bayrağı Günü münasibəti ilə qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Axar.az-a verilən məlumata görə, tədbir üç rəngli bayrağın səhnəyə gətirilməsi ilə başlayıb.

Tədbiri açan müəssisə rəisi, ədliyyə polkovnik-leytenantı Fariz Abdullayev ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd olunduğunu diqqətə çatdıraraq, tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. O, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Milli bayraq haqqında qərar qəbul etdiyini vurğulayaraq bildirib ki, prezident cənb İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış mərasimində iştirak etməsi və 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması dövlət başçısının Azərbaycan Respublikasının rəmzlərinə və atributlarına nə qədər hörmətlə yanaşdığının və dəyər verdiyininin əyani sübutudur.

Tədbir iştirakçılarına dövlət rəmzi olan bayraq haqqında tarixi məlumatlar verilib, "Dövlət Bayrağı Meydanı"nın açılışına həsr olunmuş video çarx nümayiş ertdirilib. Məhkum qadınların ifasında milli rəqs nümunələrinin ifası, şeir kompozisiyaları alqışlarla qarşılanıb.

Tarix
2014.11.09 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla