Ana səhifə Toplum |
Cari ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən 300-ə yaxın yeni bankomat alınıb.
Nazirlikdən Axar.az-averilən məlumata görə, bu barədə media nümayəndələri ilə görüşdə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev hazırda həmin bankla birlikdə dislokasiya yerləri üzrə həm yeni bankomatların qurulması, həm də köhnə bankomatların yeniləri ilə əvəzlənməsi işinin aparıldığını deyib.
Qeyd edilən istiqamətdə mütəmadi monitorinqlər aparıldığını
söyləyən E.Mehdiyev bildirib ki, yeni dislokasiya yerləri müəyyən
edilərək yeni bankomatların quraşdırılması üçün müvəkkil banklara
müraciət edilir.
Fond sədri pensiyaların nağd şəkildə götürülməsi üçün
bankomatlardan istifadə zamanı yaranan çoxsaylı növbələrlə bağlı
suallara toxunaraq bunun xüsusilə pensiya məbləğlərinin
maliyyələşmə günündə dərhal bankomatdan çıxarılmasından
qaynaqlandığını vurğulayıb. E.Mehdiyevin sözlərinə görə müvəkkil
bankların monitorinqləri göstərir ki, bir bankomatdan bir ay
ərzində daha çox 2-3 gün pensiyaların maliyyələşdirildiyi günlərdə
istifadə olunur. Bankomatların bir aylıq yükünün 2-3 gün ərzində
istifadəsi isə bu cür hallara gətirib çıxarır, bankomatların
inkassasiya olunması və növbələrin azaldılması bir problemə
çevrilir.
E.Mehdiyev bildirib ki, bu məsələnin həllinə post-terminal şəbəkəsinin genişləndirilməsi və post-terminallardan istifadə müsbət təsir edə bilər. Bu məqsədlə DSMF bu il "Pensiya+" layihəsinə də start verib. Həmin layihə çərçivəsində bankomatdan deyil, post-terminallardan istifadə edən şəxslərə öz pensiyasının məbləği qədər faizsiz kredit alma şansı verilir. Plastik kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirmək, kommunal xidmətləri ödəmək olar: "Biz pensiyaçılara verdiyimiz kartları dəyişib çoxfunksiyalı kartlarla əvəz etmişik. Pensiyaçılar həmin kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirə bilərlər".
Tarix
2014.11.12 / 15:47
|
Müəllif
Axar.az
|