Yuxarı

Yunusun adamı şəhid ailəsini evindən çölə atır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1998-ci ildə milliyətcə rus olan Jukova İrina Vladimirovnaya adlı Azərbaycan vətəndaşından notarial qaydada ev alaraq onun tam mülkiyyətçisi olmuşam. 21 ildir ki, bu mənzildə yaşayıram. İndi bir qrup işbaz tərəfindən evim 4500 manat müqabilində əlimdən alınır.

Axar.az xəbər verir ki, bu haqda Milletinsesi.az-a Xətai rayonu Cavanşir küçəsi 15 B saylı evin 52 saylı mənzilində qeydiyyatda olan Məmmədova Xənifə Xalıqverdi qızı danışıb. Onun sözlərinə görə, ev aldıqdan üç il sonra, 2001-ci ildə Yukova Raisa Qriqoryevna adlı şəxs onun gəlini Jukova İrina Vladimirovnayanın evi ondan xəbərsiz satdığını bildirərək, Xətai rayon Məhkəməsində iddia qaldırır. 2001-ci ildə Xətai Məhkəməsi iş nömrəsi 2-1352 olan qətnamə ilə Bakı şəhəri Cavanşir küçəsindəki 15 B saylı 52-ci mənzilin özəlləşməsi və həmin mənzil üçün Yukova İrina Vladimirovanın adına verilmiş 30/138820 saylı 28 mart 1998-ci il tarixli qeydiyyat vəsiqəsini etibarsız edir. Qətnamədə Məmmədova Xənifənin əri Verdiyev Firudun Mürsəl oğlunun xeyrinə iyirmi dörd milyon manat tutulması və bunun müqabilində evin boşaldılması öz əksini tapır. Bu qərardan sonra Verdiyev Firudun Mürsəl oğlu ürək infarktından dünyasını dəyişir.

Məmmədova bildirir ki, Xətai rayon Məhkəməsinin bu qərarının icra edilməsi haqqında 23 noyabr 2001-ci il tarixli icra vərəqisində göstərilənlərlə cavabdeh tərəf olaraq məcburən razılaşsalar da, iddiaçı tərəf göstərilən məbləği ödəməkdən yayınıb və bir müddət yoxa çıxıb. 10 idən sonra, yəni evlərin qiyməti 10 dəfələrlə qalxmasını nəzərə almayan iddiaçı yenidən peyda olub və eyni iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə o vaxt ödənilən 24 milyon manatı indeksləşdirərək, alqı-satqıda göstərilən məbləği 4500 manat dəyərində qiymətləndirib. Həmçinin evin təmiri və cavabdeh tərəfə dəyən ziyan qarşılığında 73 min manat məbləğ də qərarda ödənilməsi şərt olaraq göstərilib. İndeksləşən 4500 manat miqdarında ağlasığmaz kiçik məbləği dərhal ödəməyə hazır olmasını məhkəməyə bildirən evi satanın qayınanası Raisa evin dərhal boşaldılmasını tələb edib.

Qəribəsi odur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarında ziyan kimi hesablanan böyük hissə - 73 min manat təzminatın ödənilməsi hal-hazırda Rusiyada yaşayan, alqı-satqı müqaviləsində satıcı kimi göstərilən Yukova İrinanın üstünə atılır. Kiçik məbləğ isə qayınana tərəfindən ödənilir.

Evinin əlindən alınma təhlükəsi olan müsahibimizin sözlərinə görə, məhkəmə icraçıları bir-iki dəfə həmin evin qapısını qıraraq evə daxil olublar. Evdə yeni dünyaya gəlmiş körpə olduğu üçün icra prosesi bir az yubadılıb.

"Mən evi aldığım zaman yalnız müqavilədə göstərilən məbləğ geri qaytarılsaydı, yenə gedib Hövsanda bir otaqlı mənzil ala bilərdim". - deyən Məmmədova indi nə təmirə xərclədiyi məbləğ, nə də ona dəyən ziyan ödənilmədən evini boşaltmağa məcbur edildiyini bildirir. Halbuki məhkəmənin bu haqda qanuni qüvvəyə minmiş qətnaməsi var.

"Niyə məhkəmə icraçıları qətnamənin yalnız iddiaçının istədiyi hissəsini icra edirlər? Halbuki qərarda bizə dəyən ziyan kimi göstərilən 73 min manatın da eyni vaxtda ödənilmısi tələb olunur. Lakin məhkəmə icraçıları yalnız Raisanın istədiyi bənddə göstərilənlərini icra edirlər. Biz insan deyilik? Bizə dəyən ziyanı kim ödəməlidir? Raisanı əvvəldən axıra kimi ermənipərəst Leyla Yunus və onun yaxını Eldar adlı şəxs müdafiə edib. Bütün proseslərdə Eldar şəxsən iştirak edib. İcra prosesi sabah zorla həyata keçiriləcək. Mən hara və kimə dərdimi deyim?", - Məmmədova bildirir.

Daha ətraflı məlumat üçün Məmmədova Xənifə Xalıqverdi qızın videosunu təqdim edirik:

Tarix
2019.02.12 / 23:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla