Yuxarı

Quli yeni müharibəyə başladı: tanınmış avtoritet yaralandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Nijnevartovsk şəhərində kriminal qruplaşmaların bazarlara nəzarət uğrunda apardığı mübarizə xüsusi təyinatlı qüvvələrin müdaxiləsi ilə yekunlaşıb.

Qaynarinfo.az xəbər verir ki, bu barədə Rusiyanın ura.ru saytı məlumat yayıb. Qeyd olunur ki, qanuni-oğru Lotu Quli (Nadir Səlifov) buradakı bazarlar nəzarət üçün iddia irəli sürüb. Onun xüsusilə "Sibirski Balaqan" yarmarkası və mərkəz bazarın bir hissəsi ilə maraqlandığı bildirilir.

Bu səbəbdən Lotu Quli xaricdə olarkən məsələni yerli avtoritetlərlə müzakirə etməsi üçün şəhərə nümayəndəsini göndərib. Lakin müzakirələr uğursuz keçib və yanvar ayının sonlarında baş tutan görüşdə Nijnevartovskun tanınmış avtoritetlərindən biri yaralanıb.

Daha sonra hüquq mühafizə orqanlarının xüsusi təyinatlılarla birgə keçirdiyi əməliyyat çərçivəsində cinayəti törədənlər saxlanılıb. Onlardan biri Kaspiyskidə, digəri isə Moskvada ələ keçib.

Saxlanılanlar barəsində cinayət işi açılıb.

Güc strukturlarındakı mənbələr bunun Nijnevartovskda bazar bölüşdürülməsində ilk cəhd olduğunu bildirir və ikinci dalğanın da yaxın zamanlarda olacağını istisna etmirlər.

Tarix
2019.02.15 / 12:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla