Yuxarı

Bu şəxsləri 2500 manata qədər cərimə gözləyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib.

Oxu.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəlləyə əlavə edilən 440-1-ci (Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyn pozulması) maddəsinə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə nəzərdə tutulan məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 700 manat, hüquqi şəxslər isə 2 500 manat məbləğində cərimə edilir.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 1000 manat məbləğində cərimə olunurlar.

Müəyyən edilən qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslərə 1 500 manat məbləğində cərimə tətbiq edilir.

Dəyişiklik layihəsi parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Tarix
2019.02.15 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla