Yuxarı

Vitrinində siçovul gəzən mağaza ilə bağlı qərar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda yerləşən “Gəncə Cake House” adlı şirniyyat evinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə AQTA-dan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qurum məsələ ilə bağlı araşdırma aparıldığını və bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib:

“Gəncə Cake House” şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə bağlı video yayılmışdı. Məsələ ilə bağlı mediadan daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qaydada araşdırmalar həyata keçirilib. Araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən “Gəncə Cake House” şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilib və laborator müayinələr üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən baxış zamanı müəssisədə sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkar edilib. Bütün bunları nəzərə alaraq, aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib”.

Qeyd edək ki, ötən həftə sosial şəbəkədə Yasamal rayonunda yerləşən “Gəncə Cake House” adlı şirniyyat mağazasının vitrinində, şirniyyatların üzərində siçovulun gəzdiyini əks etdirən video yayılmışdı.

Tarix
2019.02.19 / 14:47
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla