Yuxarı

Gürcü parlamenti bunu soyqırım kimi tanımalıdır - Çxeidze

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamenti Xocalıda törədilmiş qətliamı soyqırımı kimi tanımalıdır.

Report xəbər verir ki, bunu Gürcüstanın Yeni Xristian Demokratlar Partiyasının sədri Levan Çxeidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir:

“Bu cinayətin müddəti köhnəlmir. Xocalıda günahsız qadın, qoca və uşaqları qətlə yetirənlər layiqli cəzalarına çatmalıdırlar. Növbəti parlament seçkilərində partiyamız qanunverici orqanda yer qazansa, biz Xocalıda törədilənlərin soyqırımı kimi tanınması məsələsini mütləq dəstəkləyəcəyik”.

L.Çxeidze deyib ki, Gürcüstan beynəlxalq arenada Azərbaycanın dəstəyinə böyük dəyər verir: “Hər iki dövlət strateji tərəfdaşdır və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər. Regionda sülh tezliklə bərqərar olmalı və bölgə gələcək nəsillərə münaqişələrsiz ötürülməlidir”.

Tarix
2019.02.21 / 20:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla