Yuxarı

Bir qardaşı SOCAR-da, digəri Neft Fondunda, özü isə prokuror

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın “Zerkalo Nedeli” portalı Rusiyanın ilhaq etdiyi Krım vilayətinin prokuroru (Kiyevin yuridikasiyasında), azərbaycanlı Gündüz Məmmədovla geniş müsahibəni dərc edib.

Virtualaz.org xəbər verir ki, G.Məmmədov cəmi bir pasportunun olduğunu deyir: “Mən Ukrayna vətəndaşıyam”.

O danışır ki, Azərbaycanda anadan olub, valideyinləri tərəfindən sovet dövründə Odessa Dövlət Universitetində oxumağa göndərilib. 1991-ci ildə universiteti bitirəndə onun SSRİ pasportunda “Ukrayna vətəndaşı” qeydi vurulub. Beləliklə də Ukrayna vətəndaşı olub.

Müxbir Gündüz Məmmədovdan soruşub:

- Siz çox varlı ailədənsiniz, Azərbaycanın ən varlı ailələrindən birindən. Ukraynada prokuror işləmək sizin nəyinizə gərəkdir? Xüsusən də Krım Muxtar Respublikasının prokurorluğunda, hansı kı, deyildiyi kimi “torpağı da yoxdur”...

- Mən deməzdim ki, ailəm ən varlı ailələrdən biridir, amma pis yaşamır. Bu da mənə müstəqil olmağa imkan verir. Nəyə görə mən prokurorluqda işləyirəm? Çünki bu mənim uşaqlıq arzumdur. Mən belə demək olarsa, dördüncü sinifdən prokuror olmaq arzusuna düşdüm və bu arzuma çatdım. Mən indi sevimli peşəmlə məşğulam.

- Sizin kiçik qardaşınız SOCAR-ın Ukraynadakı törəmə şirkətinə rəhbərlik edir. Böyük qardaşınız İsrafil Azərbaycan Dövlət Neft Fondunun-milyardlarla dolları idarə edən investisiya nəhənginin rəhbərliyindədir. Bir daha sualımı təkrar edirəm: problemli Ukraynada işləmək sizin nəyinizə lazımdır?

- Mən Ukrayna vətəndaşıyam, universiteti burada bitirmişəm və prokurorluq orqanlarında işə girmişəm. Böyük ehtimalla o vaxt Azərbaycana qayıtsaydım çətin ki, orada mənə prokurorluq orqanlarında işləməyə imkan verərdilər.

- Böyük qardaşınızın bütün arzusuna baxmayaraq?

- Atam mənə belə imkan verməzdi. Çünki o məni prokurorluq orqanlarında görmürdü...

Tarix
2019.02.23 / 14:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla