Yuxarı

"Heydər Əliyev fəaliyyətinə bu xidmət sıralarından başlayıb"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Heydər Əliyev fəaliyyətinə bu xidmət sıralarından başlayıb"

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşüblər.

ADU-dan Axar.az-a verilən məlumata görə, görüş zamanı əvvəlcə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xalq qarşısındakı xidmətlərindən bəhs edən “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş olunub. Universitetin rektoru, akademik Kamal Abdulla ADU ilə Dövlət Təhlükəsizliyi Xidməti arasında belə görüşlərin mütəmadi keçiriləcəyinə ümidvar olduğunu bildirib:

“Dövlət Təhlükəsizliyi Xidmətinin Ulu Öndərin şəxsiyyətinə bəslədiyi hörmət qəlbimizi qürurlandırır. Çünki ulu öndər Heydər Əliyev də öz fəaliyyətinə məhz bu xidmətin sıralarından başlayıb və onun fəaliyyəti xalqımızın qəlbində yaşayır”.

ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmətlərindən danışıb, Ümummilli Liderin fəaliyyətini milli təhlükəsizlik sahəsində yeni mərhələnin başlanğıcı kimi xarakterizə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Rasim Əmiraslanov xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə bəzi qüvvələrin gənclər arasında apardığı yanlış təbliğat haqqında məlumat verib.

Tədbirdə tələbələri maraqlandıran suallar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən cavablandırılıb.

Tarix
2019.03.02 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla