Yuxarı

Biləcəridə zəncirvari qəza

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sürət həddinin aşılması zərcirvari yol qəzasına səbəb olub.

APA-nın məlumatına görə, qəza Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəza zamanı 26 yaşlı Əli Məcidov idarə etdiyi "BMW" markalı maşınla Rəşid İsmayılov küçəsi istiqamətində hərəkətdə olub. Dairədən yola doğru çıxan sürücü qəfil idarəetməni itirib.

Nəticədə "BMW" yol kənarında dayanan "VAZ 2107" markalı maşına çırpılıb. Zərbənin təsirindən maşın iki "Mercedes"i vurub. "BMW" "Ford" markalı yük maşınına çırpıldıqdan sonra dura bilib. Hadisə yerinə gələn yol polislərinin apardığı ilkin araşdırma zamanı məlum olub ki, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.

Tarix
2014.11.22 / 10:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla