Yuxarı

İrəvan Bakını su ilə vurmağa çalışır – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən BMT-nin Cenevrə ofisində İnsan Haqları üzrə 40-cı sessiya çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda 4-9 mart tarixlərində keçirilən tədbirin nəticələri ilə bağlı görüş təşkil edilib.

Axar.az xəbər verir ki, tədbirlə bağlı danışan Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun rəhbəri, Asiya Su Şurasının İdarə Heyətinin üzvü Nidal Səlim dünyada sudan təzyiq vasitəsi kimi istifadənin dayandırılmasının vacibliyini vurğulayıb. O bu barədə sözügedən beynəlxalq tədbirdə də çıxış etdiyini bildirib.

Nidal Səlimin sözlərinə görə, su insan varlığının, iqtisadiyyatın əsas mənbəyini təşkil edir və bu gün sudan təsir vasitələrindən biri kimi istifadəsi yolverilməzdir.

BAMF prezidenti Umud Mirzəyev Azərbaycanın 30 ildən çoxdur ki, işğaldan əziyyət çəkdiyini, ərazilərimizin 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldığını deyib. Bundan başqa, 1992-ci ildən erməni hərbi birləşmələrinin işğalı altında olan Sərsəng su anbarı və digər su mənbələrindən ölkəmizə qarşı siyasi-iqtisadi təsir vasitəsi kimi istifadə edildiyini diqqətə çatdırıb.

BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina isə su və ekoloji dağıntılar mövzusunda çıxış edib. O, işğal olunmuş ərazilərdə su infrastrukturunun dağıdılmasını, nəzarətsiz ərazilərdə sudan qeyri-insani istifadə olunmasının, işğalın davam etdirilməsinin yolverilməz olduğunu bildirib.

Qeyd edək ki, BAMF nümayəndələri İnsan Haqları Şurasının 40-cı sessiyası çərçivəsində 4-9 mart tarixlərində BMT-nin Cenevrə ofisində bir sıra görüşlər keçirib. Səfər çərçivəsində Azərbaycan ərazilərinin işğalı nəticəsində, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının qorunması ilə bağlı məsələlər gündəmə gətirilib.

Tarix
2019.03.14 / 18:26
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla