Yuxarı

Bayramda çox qoz yeməyin zərərləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramda çox qoz yeməyin zərərləri

Qoz tərkibindəki Omeqa-3 yağ turşuları sayəsində olduqca faydalıdır.

Axar.az xəbər verir ki, qozun bir sıra faydaları olsa da, həddindən çox yeyildikdə sağlamlığa zərərlidir.

Kliniki araşdırmalara görə, gündəlik yeyilən qozun miqdarı 20-84 qram (1 qabıqlu qoz 5 q) ola bilər.

1. Qoz yüksək miqarda enerji verdiyinə görə, çox yeyiləndə çəki artımına səbəb olur. Buna görə də qoz həm də kökəlmək istəyən insanlar üçün ideal qidadır.

2. Bol miqdarda qoz yemək insanda allergik reaksiyalarla müşahidə oluna bilər.

3. Qozun digər bir zərəri isə bədənin müxtəlif hissələrində səpgi və şişginliklər əmələ gətirməsidir. Bu, daha çox dərisi həssas insanlarda müşahidə oluna bilər.

4. Qoz çox yeyildikdə ishala da səbəb ola bilər. Vaxtında həkimə müraciət etdikdə əlavə təsirlərdən qurtulmaq olar.

5. Tərkibində allergik reaksiyalara malik maddələr olduğuna görə çox qoz yemək ürəkbulanmaya və qarın ağrısına səbəb ola bilər.

6. Hamilə və uşaq əmizdirən qadınlar qoz yeyərkən daha diqqətli olmalıdır. Allergik reaksiyalar, ürəkbulanma, ishal və s. hallar hamilələr üçün daha risklidir.

7. Bronxial astma problemi olan həssas insanlar mümkün qədər az qoz yeməlidir. Əks halda, orqanizmi qoza qarşı həssas olan insanlar astma tutması keçirə bilər.

8. Qoz allergiyasından əziyyət çəkən insanlar boğaz, dil şişməsi, hətta ağciyər problemləri ilə qarşılaşa bilərlər. Bu əlamətlər nəfəsin daralması hətta ölümlə nəticələnə bilər.

9. Qoz enerjili çərəz olduğu üçün anemiya (qanazlığı) olan insanlar da maksimum diqqətli olmalıdırlar. Çoxlu qoz yemək anemiya xəstələrində baş gicəllənməsinə səbəb ola bilər.

Tarix
2019.03.21 / 01:22
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla