Yuxarı

Baxtadze azərbaycanlılarla Novruz şənliyində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri Mamuka Baxtadze azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda Novruz bayramına həsr olunmuş şənlikdə iştirak edib.

Report xəbər verir ki, hökumət başçısı Kvemo Kartli bölgəsi və Marneuli rayon rəhbərliyinin nümayəndələri ilə birgə xalq gəzintisində iştirak edib, bayram tonqalını yandırıb.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. O, azərbaycanlılara bahar əhval-ruhiyyəsi, ailələrə sevinc və əmin-amanlıq arzu edib.

Daha sonra M.Baxtadze çıxış edərək Azərbaycan dilində “Novruz Bayram mübarək olsun!” deyə tədbir iştirakçılarını təbrik edib.

O, azərbaycanlılara cansağlığı, sevinc və xoşbəxtlik arzulayıb: “Biz Gürcüstanda yaşayırıq və ölkəmiz qardaşlıq və birgə yaşayışla bağlı qədim tarixə malikdir. Gürcüstanın gücü hər zaman onun müxtəlifliyində olub. Biz Gürcüstanın övladları olaraq ümumi vətənimiz üçün birgə çalışmışıq. Bu böyük sevgi və qardaşlıq ənənələri gələcək nəsillərə ötürülməlidir. Şadam ki, Azərbaycandan gələn dostlarımız da bayram şənliyində iştirak edirlər. Mən Azərbaycandakı bacı və qardaşlarımızı da Novruz bayramı münasibətilə təbrik edirəm və onlara ən xoş arzularımı çatdırıram”.

Marneulinin mərkəzi Rustaveli küçəsində təşkil olunmuş şənlik çərçivəsində Azərbaycanın milli mətbəx, şirniyyat, çay süfrəsi, milli incəsənət nümunələri sərgilənib, müxtəlif idman yarışları keçirilir, səhnəciklər, gürcü və Azərbaycanın milli rəqslərindən ibarət konsert proqramı nümayiş etdirilir.

Tədbirdə həmçinin Kvemo Kartli bölgəsinin rayonlarına həsr olunmuş sərgi pavilyonları, yerli məhsullar, Gürcüstana aid guşələr də təqdim olunub.

Şənliyə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Baş nazirin regional məsələlər üzrə müşaviri Sozar Subari, digər rəsmi şəxslər və diplomatik korpusun nümayəndələri də qatılıblar.

Tarix
2019.03.21 / 14:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla