Yuxarı

FHN “Koroğlu”dakı intiharla bağlı məlumat yaydı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-11-28 21:34:00

"Koroğlu" metrostansiyasının yaxınlığındakı asma körpüdə növbəti intihara cəhd hadisəsi yaşanır. Naməlum şəxs özünü körpüdən atmaq istəyir. İntiharının səbəbi bəlli deyil.

Axar.az xəbər verir ki, körpüyə çıxan bir nəfər kişi özünü atacağı ilə hədələyir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, polis əməkdaşları cəlb edilib. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

21:37

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrindən bir nəfər körpüyə çıxaraq intiharın qarşısını almağa çalışır.

21:45

FHN kranın xüsusi səbəti vasitəsi ilə körpüdə olan naməlum şəxsi xilas etmək istəsə də, həmin şəxs səbətə minməkdən boyun qaçırıb. Səbət aşağı endirilib, FHN-in körpüdə olan xilasedicisi isə intihara cəhd edən şəxslə danışıqlar aparırır.

22:20

FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə intihar etmək istəyən şəxsi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.

APA özünü körpüdən atmaq istəyən şəxsin kimliyi barədə məlumat əldə edib. Bu şəxs 1969-cu il təvəllüdlü, Tovuz rayonundan olan Nizami Musayevdir.

***

2014-11-29 00:50:00

"Koroğlu" metro stansiyası yaxınlığında bir nəfərin intihara cəhd etməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş asma körpünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 22:35-də başa çatıb.

Tarix
2014.11.29 / 00:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla