Yuxarı

Bakıda bir gecədə dörd ev yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bir gecədə dörd ev yandı

Bakıda bir gecədə dörd ev yanıb.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan 1 mərtəbəli 8 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 22 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan 2 otaqlı mənzilin dəhlizində döşəmə 4 kv.m sahədə yanıb. Yüksək temperaturdan televizor deformasiyaya uğrayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 50 kv.m və dam örtüyü 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.12.03 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla