Yuxarı

“Nar” Qran-Pri üçün texniki hazırlıqları yekunlaşdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ən gənc mobil operatoru “Nar” aprelin 26-28-də paytaxtımızda baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisi yarışları zamanı həm yerli, həm də əcnəbi abunəçilərin telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün hazırlıq işlərini başa çatdırıb.

Axar.az xəbər verir ki, mobil operator sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün ərazinin şəbəkə testlərini tamamlayıb və şəbəkənin keyfiyyət ölçülərini müəyyənləşdirib. Yarış ərazisi və tədbir məkanlarında şəbəkə tutumu maksimum optimallaşdırılıb, yüksəkkeyfiyyətli internetdən kəsintisiz istifadə imkanını təmin etmək üçün 225 Mbps-dək sürət təqdim edən 4G (LTE-A) şəbəkə tutumu quraşdırılıb. Dənizkənarı bulvar ərazisində yeddi mobil stansiya yaradılıb ki, bu stansiyaların yeri şəbəkə analizləri və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin sorğularına əsasən təyin edilib.

Yarışların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq “Nar” əməkdaşları şəbəkəyə nəzarət edəcək, şəbəkə istifadəçilərinə dəstək olacaqlar. “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı “nar.az” internet səhifəsindən öyrənmək olar.

Qeyd edək ki, yaranan hər hansı bir sualla bağlı “Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilərlər.

Tarix
2019.04.22 / 23:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla