Yuxarı

Türkiyə MN-dən Bakıdakı təlimlə bağlı - Bəyanat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Müdafiə Nazirliyi mayın 1-dən 3-dək Azərbaycanda keçiriləcək döyüş atışlı birgə təlimlərlə bağlı məlumat yayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, təlimdə Türkiyənin mexanikləşdirilmiş piyada bölüyü iştirak edəcək.

“Birgə təlimlərin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq, birgə fəaliyyəti genişləndirməkdir”, - deyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək Bakıda “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.

Təlimdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti aprelin 22-də Azərbaycana gəlib.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.

Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.

Təlimə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.

Oxşar təlimlər 2013, 2015 və 2017-ci illərdə Azərbaycanda, 2014, 2016 və 2018-ci illərdə Türkiyədə keçirilib.

Tarix
2019.04.30 / 18:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla