Yuxarı

MTN 11 nəfəri həbs etdi - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTN 11 nəfəri həbs etdi - Şok

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən, gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb. Bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli şəxs qismində tutulub.

Bu barədə APA-ya MTN-in ictimai əlaqələr idarəsindən məlumat verilib. Məlumata görə, keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda külli miqdarda narkotik vasitə olan – 2 kiloqram 700 qram heroin, 15 kiloqram 891 qram tiryək, 700 qrama yaxın həşiş qətranı aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma,), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işləri başlanılıb. Azərbaycan Respublikasının vətəndaşları – Mehtiyev Elçin Zöhrab oğlu, Cəfərova Nərgiz Zeynal qızı, Rzayev Fuad Ziyad oğlu, Abuşov Aqil Arif oğlu, Abasov Şücaət Hüseynağa oğlu, Əsgərov Cavanşir Ələsgər oğlu, Həziyev Mayıs Xanibəy oğlu, Mirzəyev Misir Əli oğlu, Feyzullayev Ədalət Qəzənfər oğlu, Gülməmmədov Kərim Səlim oğlu və onun həyat yoldaşı Gülməmmədova Mehriban Qəhrəman qızı təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2014.12.09 / 13:47
Müəllif
Axar.az
Digər xəbərlər

Son görüşümdə Azərbaycan ərazisinə səfər etdim - Qriqoryan

Şəhidlərin nəşlərinin tapılma anı – Video

Ölkədə tarif güzəştləri genişləndiriləcək

Bu qazların emissiyalarının azaldılması ilə bağlı qərar

Naxçıvanın baş naziri vəzifəsindən azad edildi

Ərazi bütövlüyümüz belə bərpa olunmalıdır - Paşinyan

Mehdiyev işində mühüm detal: Yeni şübhəlilər var...

Azərbaycan, Gürcüstan və Türkiyə araşdırma qrupu yaratdı

Bəzi məmurlar ciblərini güdür

Prezidentdən başçılara: Sizdən tələbim budur, əks təqdirdə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla