Yuxarı

Küveyt səfirinin talanan pulunu bank qaytardı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:16

Bakıda səfirin kartından pul oğurlanıb.

Axar.az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silindiyini bildirib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəsisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.

Araşdırmalar aparılır.

13:30

Küveytin Azərbaycandakı səfirliyi səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin hesabından külli miqdarda pul vəsaitinin mənimsənilməsi ilə bağlı məsələni Reporta-a şərh edib.

Səfirlikdən bildirilib ki, belə bir insident baş verib, lakin diplomatik nümayəndəlik bununla bağlı polisə müraciət etməyib.

Qeyd olunub ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında bu məsələ ilə Daxili İşlər Nazirliyi (DİN) məşğul olur. Banka müraciətdən sonra pulların səfirin hesabına qaytarıldığı da vurğulanıb:

"Bu məsələ ilə bağlı hər hansı bir səfirlik əməkdaşının həbs olunub-olunmaması haqqında məlumat yoxdur", - səfirlikdən bildirilib.

Tarix
2014.12.10 / 15:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla