Yuxarı

Nəsimi Ağayev ali mükafatla təltif edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dakı Pakistan icmasının ən nüfuzlu təşkilatlarından olan Pakistan Şurası (Council of Pakistan) Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevi ali mükafatla təltif edib.

Bu barədə Axar.az-a Baş Konsulluqdan məlumat verilib.

Mükafat baş konsula Pakistanın ABŞ-dakı səfiri Əsəd Məcid Xan (Asad Majeed Khan) tərəfindən Los-Ancelesdə keçirilən mərasimdə təqdim olunub. Pakistan Şurası sözügedən mükafatı N.Ağayevə “dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə görə” verdiyini elan edib.

Tədbirdə din xadimləri, ictimai-siyasi xadimlər, müxtəlif şəhərlərin merləri, şəhər şuralarının üzvləri və icma nümayəndələri iştirak ediblər.

Baş konsul mərasimdə çıxış edərək, təşkilata təşəkkürünü bildirib. N.Ağayev Azərbaycan ilə Pakistan arasındakı tarixi dostluq əlaqələrini və bu gün müxtəlif sahələrdə həyata keçirilən güclü əməkdaşlığı qeyd edib. Hər iki xalqın tarixən ən ağır zamanlarda bir-birinin yanında olduğunu və bu qardaşlığın bu gün iki dövlət arasında olan münasibətlərin yüksək səviyyədə inkişafı üçün güclü zəmin olduğunu qeyd edib. Diplomat Los-Ancelesdəki Pakistan icmasına daim Azərbaycanın yanında olaraq, haqq səsimizin çatıdırlması və ədalət uğrunda apardığımız mübarizədə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, hazırda ABŞ-da 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu getdikcə artır. Azərbaycanın multikulturalizm və dinlərarası harmoniya modelinin Los-Ancelesdə tanıdılması üçün Baş Konsulluq burada yaşayan həm Pakistan icması, həm də bir çox digər etnik və dini icmalarla sıx əməkdaşlıq edir, mütəmadi qaydada müxtəlif dinləri və mədəniyyətləri bir araya gətirən tədbirlər keçirir.

Tarix
2019.05.10 / 10:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla