Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Avqust 2019


Yeni çəkilən yol bərbad vəziyyətə düşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada yeni çəkilən dağ yolu bərbad vəziyyətə düşüb.

Report-un verdiyi xəbərə görə, uzunluğu 5 km olan və rayon mərkəzindən 40 km məsafədə yerləşən Təxtənəkəran-Miki avtomobil yolu yeni çəkilməsinə baxmayaraq yararsız hala düşüb.

Yol ölkə başçısının 2015-ci ildə imzaladığı sərəncama əsasən əsaslı təmir olunaraq 2017-ci ilin dekabrında istifadəyə verilib. Lakin 2000 nəfərə yaxın sakinin istifadə etdiyi yolun bir neçə hissəsi dağılıb. Beləcə, uzun illər yolsuzluqdan əziyyət çəkən əhali yenidən problemlərlə üzləşib.

Hazırda yolda torpaq qatı sürüşərək hərəkət zolağını azaldıb, avtomobillərin hərəkəti çətinləşib. Bu isə nəqliyyat vasitələri və sərnişinlər üçün təhlükə yaradır. Qeyd edək ki, bu, dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən yeganə yoldur.

Kənd sakinlərinin sözlərinə görə, ötən il yolda müəyyən bərkitmə işləri görülsə də, bu, təsirsiz olub. Yolun dağılmasına yağan yağıntılar səbəb olsa da, sakinlər işlərin keyfiyyətsiz aparılmasından gileylənirlər. Sakinlər deyirlər ki, yolun yatağı zəifdir, buna görə də yağıntı nəticəsində erroziyaya uğrayıb. Bundan əlavə, suötürücü qurğular da sıradan çıxdığından sel suları yolun üst hissəsi ilə axaraq dağıntılara səbəb olur.

Astara rayon Siyəkü kənd bələdiyyəsindən vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verildiyi və müvafiq tədbirlərin görüləcəyi deyilir.

Tarix
2019.05.16 / 01:30
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

MN-dən ermənilərin "irəliləmə" xəbərinə - Reaksiya

Deputat əcnəbi siyasətçilərə Qarabağdan danışdı - Foto

FHN intihar etmək istəyən şəxsi xilas etdi

Şəkidə faciəvi ölüm: 2 maşının arasında qaldı...

DİM imtahan nəticələrini açıqladı

Şabranda kanalizasiya partladı: ərazini üfunət bürüdü

Dəm qazı bəlası: Bir ailənin 3 üzvü zəhərləndi

Şirvanda binanın eyvanı uçdu: 1 yaralı

Polisdən Şəmkirdəki dəhşətli yanğınla bağlı - Açıqlama

Şəmkirdə dəhşət: Ata evi yandırdı, 2 yaşlı uşağı öldü

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla